Bütün dünya,o cümlədən Gürcüstan da Covid 19 virusunun yayılmasına qarşı mübarizə aparır.Həm özəl, həm də dövlət sektoru müxtəlif proseslərə aktiv şəkildə qoşulub.Bu səbəbdən , biz dostlar ölkəmizdəki mövcud çağırışın dəf edilməsi məqsədilə , ürəkli və motivasiyalı insanların bir araya gələcəyi platforma yaratmaq qərarı verdik. Tarixən ölkəmizdəki ağır vəziyyətlərdə , böhran vəziyyətindən çıxmaqda vətəndaşların iştirakı böyük rol oynayırdı. Hazırda da oxşar ehtiyyacın yaranması düşüncəsindəyik.Qələbə birlikdədir və bu bizdə çox yaxşı alınır.Könüllü olmaq istəyən hər bir kəsdən, qeydiyyat formasını doldurmağı xahiş edirik. Könüllülər tibbi baxımdan deyil, həssas qrupları qida və dərman ləvazimatı ilə təmin etmək üçün cəlb olunacaqlar